- Köhnə - Hadisə
- 1 May 2018 14:37
- 5 943
Fəhlə ehtiyatsızlığın qurbanı oldu

Xəzər rayonunun Şağan qəsəbəsində fəhlənin ölüm faktı qeydə alınıb.
“Ölkə.Az”ın xəbərinə görə, aperl ayının 26-da Şüvəlan qəsəbə sakini 1964-cü il təvəllüdlü Akif Mehdiyev günəmuzd işlədiyi həyətdə tikinti işləri apararkən ehtiyatsızlığın qurbanı olub. Belə ki, o, pilləkəndə yıxılaraq başı daşa dəyib. 3 saylı xəstəxanaya çatdırılan fəhlə həkimlərin səylərinə baxmayaraq, ötən gecə dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırmalara başlanılıb.
AzNews.az