Yasamal rayonu, A.M.Şərifzadə küç,73 ünvanında yerləşən “Baku Electroniks” mağazasında oğurluq faktı qeydə alınıb. Yasamal rayonu, A.M.Şərifzadə küç,73 ünvanında yerləşən “Baku Electroniks” mağazasında oğurluq faktı qeydə alınıb.

Məşhur mağazadan 700 manatlıq telefon oğurlandı

Yasamal rayonu, A.M.Şərifzadə küç,73 ünvanında yerləşən “Baku Electroniks” mağazasında oğurluq faktı qeydə alınıb.

AzNews.az "Ölkə.Az”a istinadən xəbər verir ki, naməlum şəxs mağazanın vitrinindən 700 manat dəyərində mobil telefon oğurlayıb. Hadisədən xəbər tutan mağaza əməkdaşları dərhal Yasamal RPİ-nə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları müşahidə kameralarının görüntülərini nəzərdən keçiriblər, mağazanın əməkdaşlarını şahid qismində dindiriblər.

Faktla əlaqədar cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.