- Köhnə - Hadisə
- 3 May 2018 09:00
- 6 094
Bakıda 34 yaşlı kişi bıçaqlandı
Sabunçu rayonunda bıçaqlanma ilə nəticələnən dava olub.
"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.
"Sülh" küçəsində 1984-cü il təvəllüdlü Muradov Heydər Çingiz oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ətrafdakıların köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
AzNews.az