Samux rayon sakini mübahisə zəminində bıçaq xəsarəti alıb. Samux rayon sakini mübahisə zəminində bıçaq xəsarəti alıb.

29 yaşlı gənc bıçaqlandı

Samux rayon sakini mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kolayı kənd sakini, 1989-cu il təvəllüdlü Allahverdiyev İdris Zakir oğlu hələlik məlum olmayan şəraitdə bel nahiyəsindən bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az