Bakıda gənc oğlan şadlıq evinin qarşısında bıçaqlanıb. Bakıda gənc oğlan şadlıq evinin qarşısında bıçaqlanıb.

Şadlıq evinin qarşısında bıçaqlanma

Bakıda gənc oğlan şadlıq evinin qarşısında bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.

1991-ci il təvəllüdlü İsmayılzadə Elvin Məmmədcan oğlu "Yeganə" şadlıq evinin qarşısında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona 4 bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

AzNews.az