Tovuz rayonunda 8 yaşlı uşaq naməlum şəraitdə xəsarət alıb. Tovuz rayonunda 8 yaşlı uşaq naməlum şəraitdə xəsarət alıb.

Tovuzda 8 yaşlı uşaq ağır xəsarət aldı - Səbəb

Tovuz rayonunda 8 yaşlı uşaq naməlum şəraitdə xəsarət alıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 7-də axşam saatlarında baş verib.

Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Rüstəmov Ayxan Araz oğlu Tovuz rayonu ərazisində ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Xəstəyə "Qarın boşluğunun hemotoması" diaqnozu qoyulub. Uşağın ailə üzvləri onun yıxılaraq xəsarət aldığını bildiriblər.

Yaralının vəziyyəti ağır olduğundan, o təcili olaraq Bakıdakı xəstəxanalardan birinə köçürülüb.