Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib. Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib

Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev bıçaqla boğaz və sol döş qəfəsi nahiyələrinə xəsarət yetirərək özünü öldürmək istəyib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşlarına izahatında özünü bıçaqlamaqla intihara cəhd göstərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.