Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

32 yaşlı kişini maşın vurdu

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rabil Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 1986-cı il təvəllüdlü Arzu Quliyevi vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

AzNews.az