Sumqayıt şəhərində tələbələr araşında kütləvi dava olub. Sumqayıt şəhərində tələbələr araşında kütləvi dava olub.

Sumqayıt Dövlət Universitetində tələbələr arasında kütləvi dava

Sumqayıt şəhərində tələbələr araşında kütləvi dava olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.