İdarə işçisini döydülər

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nn məlumatına görə, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik İdarəsinin işçisi, 1986-cı il təvəllüdlü Allahverdiyev Vüsal Sabir oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, V. Allahverdiyev iş başında olan zaman döyülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az