Göyçayda bıçaqlanma - 2 qardaşın qanı töküldü

Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı iki qardaş bıçaqlanıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı bildirilir.