- Köhnə - Hadisə
- 19 May 2018 18:53
- 6 478
Gəncədə yeni doğulan körpə öldü
Gəncə şəhərində uşaq ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib.
Kəlbəcərdən olan məcburi köçkün 1996-cı il təvəllüdlü Quliyeva Yeganə əkiz oğlan dünyaya gətirib. Doğuşdan sonra uşaqlardan biri dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az