- Köhnə - Hadisə
- 18 Mart 2013 12:05
- 2 597
Küləkli hava ölümlə nəticələndi

Bu gün Bərdə rayonunda faciəvi hadisə baş verib
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, səhər saatlarında Buəhmədli kəndində 1955-ci il təvəllüdlü Yusifov Yəhya Həsən oğlunun üstünə ağac düşüb. 58 yaşlı ağac irigövdəli ağacın altında qalıb və ağır xəsarətlər alıb. Çox keçmədən Y.Yusifov dünyasını dəyişib.
Faktla əlaqədar araşdırmalar aparılır.
AzNews.az