Daşkəsən rayonunda yük maşını çaya düşüb, xəsarət alanlar var. Daşkəsən rayonunda yük maşını çaya düşüb, xəsarət alanlar var.

Yük maşını çaya düşdü - Yaralılar var

Daşkəsən rayonunda yük maşını çaya düşüb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində vaş baş verib.

Belə ki, "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində, Goranboy rayon sakinləri - 1972-ci il təvəllüdlü Siyavuş Sabir oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Ərəstun Həmid oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az