- Köhnə - Hadisə
- 29 May 2018 21:50
- 7 741
Tehranda təyyarə qəzaya uğradı - Ölən və yaralananlar var
Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Tehran Təcili Tibbi Yardım idarəsindən bildirilir ki, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.
Xilasedicilər hadisə yerində əməliyyatı davam etdirir.
AzNews.az