- Köhnə - Hadisə
- 30 May 2018 14:03
- 11 153
“Hell” şirkəti zəhərlənən turistlə bağlı açıqlama verdi
Bakıya gələn turist Kərimi Əmir Abrus oğlu zəhərlənib. İlkin məlumatda onun “Hell” enberji içkisindən zəhərləndiyi bildirilib.
“Hell Azərbaycan” şirkətinin nümayəndəsi Cavanşir Süleymanov “Qafqazinfo” ilə əlaqə saxlayaraq həmin şəxslə görüşdüklərini bildirib. C.Süleymanov qeyd edib ki, həmçinin Səbail rayon Prokurorluğu ilə də əlaqə saxlayaraq məsələ ilə maraqlanıblar.
“Hell” nümayəndəsi bildirib ki, Ə.Kərimi enerji içkisindən deyil, araqdan zəhərlənıb: “O həm də “Metadon” dərmanı qəbul edib, buna görə də zəhərlənib”.
Hazırda prokurorluqda araşdırma aparılır. Yekun nəticə ekspertizanın rəyindən sonra bəlli olacaq.
AzNews.az