Şəmkirdə avtomobil piyadanı vurdu

Şəmkir rayonunda avtomobil piyadanı vurub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Vəliyev Rəşad Qəzənfər oğlunu avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 17 yaşlı gənc əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonra isə Gəncə şəhərindəki tibbi ocaqlarından birinə göndərilib.