- Köhnə - Hadisə
- 31 May 2018 14:33
- 8 105
Paytaxtda daha bir binada yanğın
Bakıda yaşayış binasında yanğın olub.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzNews.az