Bakının Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb. Bakının Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Bakının mərkəzində yanğın olub - Yenilənib

Bakının Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az-ın məlumatına görə, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

***
16:20

Bakıda ağaclıq ərazidə baş verən yanğın lokallaşdırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində yanğının hadisə yerinin yaxınlığında yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***
16:10

Bakıda ağaclıq yanır.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin yaxınlığında qeydə alınıb. Ağaclıq ərazidə baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az

image description image description image description