Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb. Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.

Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya düşdü: ölənlər var - Yenilənib

Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada ölüb.

Məlumata görə, xəsarət alan iki azyaşlı - 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər

***
11:30

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

AzNews.az