Bu günə olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Arabir yağış yağacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar yağacaq. Havanın temperaturu gecə 1-6 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacaq. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar yağacaq. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da arabir yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq, havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq.

Mərkəzi-Aran rayonlarında arabir yağıntılı olacağı, havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.


AZNews.az