Astara rayonunda dənizdə boğulma hadisəsi baş verib. Astara rayonunda dənizdə boğulma hadisəsi baş verib.

Astara sakini Xəzərdə batdı

Astara rayonunda dənizdə boğulma hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Astara şəhəri ərazisində dəniz sahilində yerləşən istirahət mərkəzinin yaxınlığında olub.

Belə ki, Astara şəhəri Nizami küçəsi ev 168-də yaşayan Xəzər Abbasqulu oğlu Abbasov dənizdə çimərkən suda batıb. Yaxınlığında olan dostu yardım edə bilməsə də hadisə barədə ətrafdakılara bildirib. Axtarışlara Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xilasediciləri qoşulub. X.Abbasovun cansız bədəni sudan şıxarılaraq aidiyyati üzrə təhvil verilib. Yaxınlarının deməsinə görə dünən mərhumun bir övladı dünyaya gəlibmiş. Meyid müayinə olunmaq üçün Məhkəmə tibbi ekspertiza və pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə gətirilib. Faktla bağlı araşdırma aparılır.