Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metroda 19 nəfərin halı pisləşib. Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metroda 19 nəfərin halı pisləşib.

Metroda halı pisləşən 6 nəfər xəstəxanaya yerləşdirilib - Nazirlik

Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metroda 19 nəfərin halı pisləşib.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib:

“Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır. Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur”.

Bahar RÜSTƏMLİ
AzNews.az