- Köhnə - Hadisə
- 7 İyul 2018 22:43
- 6 014
Yük maşını piyadanı vurdu

Saatlıda piyadavurma baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı 99 NR 306 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Əlisoltanlı kənd sakini 1985-ci il təvəllüdlü Qasımov Elçin Bahadur oğlunu vurub.
Piyada ağır kəllə-beyin travması ilə Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.
Araşdırma aparılır.
AzNews.az