- Köhnə - Hadisə
- 14 İyul 2018 11:42
- 6 721
Azərbaycan vətəndaşı Kiyevdə həbs edildi - Adam oğurluğu ittihamı
Ukrayna paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı insan oğurluğunda ittiham edilərək həbs edilib.
Kiyevin Solomensk rayonu polisi 1983-cü il təvəllüdlü Haqverdiyev Xəyyam Xəlil oğlunu insan oğurluğu ittihamı ilə saxlayıb.
Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Saxlanılan şəxs ittihamla razılaşmayıb, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.(apa.az)
AzNews.az