Gəncədə terror aktına görə təqsirləndirilənlər tutuldu - Fotolar

Gəncədə törədilmiş terror aktında iştirakda təqsirləndirilən şəxslər həbs edilib.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilmişdir.



Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilmişdir.

Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanmışdır.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılmışlar.

Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəkdir.

AzNews.az