Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daha bir rayonda yol qəzası - 2 nəfər yaralandı

Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki, “VAZ 21012” markalı maşın “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü - 1977-ci il təvəllüdlü Həşimov Nurəddin Şahməddin oğlu və 1971-ci il təvəllüdlü Baxşəliyev Nəriman Salih oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az