- Köhnə - Hadisə
- 9 Avqust 2018 11:03
- 5 591
16 yaşlı gəncin ömrü yarıda bitdi
Salyan rayonunda 16 yaşlı gənc su kanalında boğulub.
AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü İbrahim Eldar oğlu Qurbanov su kanalında çimərkən batıb.
Onun meyiti ətrafdakılar tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az