Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Gecəyə doğru isə havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9°, bəzi yerlərdə 12°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, axşam isə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti
olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

AzNews.az