- Köhnə - Hadisə
- 21 Avqust 2018 22:53
- 3 220
Mingəçevirdə yanğın var -FHN-nin məlumatı

Mingəçevir şəhərində yaşayış binasında qısa qapanmadan yanğın baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə M.Maqomayev prospekti, 50 ünvanında yerləşən binanın 4-cü mərtəbəsinin mətbəxində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Onların iştirakı ilə alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bina və mənzil sakinləri arasında zərərçəkən olmayıb.