“Neftçi“nin futbolçusuna cinayət işi açıldı

Bakının "Neftçi" klubunun futbolçusu Araz Abdullayevin törətdiyi avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.

Bakı şəhərinin Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. İdarədən bildiriblər ki, A. Abdullayev saxlanılmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, A. Abdullayev idarə etdiyi "Porsche-Cayenne" markalı avtomobillə Bakının Nobel prospektində 2 süpürgəçi qadını vurub. Onlardan biri ölüb.

AzNews.az