- Köhnə - Hadisə
- 17 Sentyabr 2018 17:53
- 8 216
“Atası evə çatmamış oğlunun qara xəbəri gəldi” - Dənizdə boğulan tələbənin qohumu (Təfərrüat)
“Tələbə kimi dərsə getmək onun qismətinə yazılmayıbmış”.
Bunu AzNews.az-a açıqlamasında Sumqayıtda dənizdə batan tələbə Fərid Hüseynovun yaxın qohumu Mirhəsən Nəsirov deyib. Onun sözlərinə görə, hadisə sentyabrın 16-da günün ikinci yarısında baş verib:
“Fərid ötən il orta məktəbi bitirsə də, ali məktəbə daxil ola bilməmişdi. Bu il isə Bədən Tərbiyyəsi Akademiyasına qəbul olunub. Tələbə adını almışdı, çox sevinirdi. Bu gün tələbə olmağının sevincini yaşayacaydı. Atası bazar günü Bakıya aparıb yerləşdirdi. O, evə çatmamış tələbə oğlunun qara xəbəri gəldi. 4 nəfər çimmək üçün dənizə gedib. Çiməndə kanalizasiya borusuna düşüblər. Orada böyük burulğan olub. İkisini bir təhər çıxarıblar. Növbə bunlara çatana kimi Fərid boğulub”.
Qeyd edək ki, Sumqayıtda dənizdə boğulma hadisəsi qeydə alınıb. Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.
Bahar RÜSTƏMLİ
AzNews.az