- Köhnə - Hadisə
- 2 Aprel 2013 09:52
- 2 200
Bəylik geyinəcəkdi, kəfən geyindirdilər
Lənkəran şəhər sakini, 25 yaşlı Ruslan Sərraf oğlu Hüseynov halsız vəziyyətdə yaxınları tərəfindən evin hamam otağında aşkarlanıb. Təcili olaraq Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan R.Hüseynovu xilas etmək mümkün olmayıb.
Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. 25 yaşlı gəncin ölümünün dəqiq səbəbləri isə meyitin daxili müayinəsinin nəticələrindən sonra bəlli olacaq.
Hər iki valideynini itirmiş Ruslanın bu yaxınlarda toyu olacaqmış.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
AzNews.az