- Köhnə - Hadisə
- 2 Aprel 2013 12:03
- 1 423
“Bakıda aksiya keçirən köçkünlərin tələbi əsassızdır“
Yasamal Rayon Polis İdarəsindən APA-ya deyilib ki, bir qrup məcburi köçkün Mətbuat prospektini bağlamağa cəhd edib. Polisin müdaxiləsindən sonra prospektdə hərəkət bərpa olunub.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə APA-ya bildirilib ki, BDU-nun yataqxanasında etiraz edən şəxslər məcburi köçkün olmayan vətəndaşlarla ailə quran məcburi köçkünlərdir: "BDU-nun yataqxanasında 10-12 məcburi köçkün ailəsi var ki, onların evlə təmin olunmaq iddiaları tamamilə əsassızdır. Həmin şəxslər məcburi köçkün olmayan vətəndaşla ailə quran xanım məcburi köçkünlərdir. Onların həyat yoldaşları məcburi köçkün deyil, ancaq ev tələb edirlər. Bu iddia əsassızdır. Orada komissiya var. Komissiya şikayətlərə baxıb qanuna müvafiq olaraq cavab verəcək. Qanunvericiliyə əsasən, məcburi köçkün statusu ailə başçısı ilə tənzimlənir. Əgər ailə başçısı məcburi köçkün deyilsə, onun övladları da məcburi köçkün deyil. Yalnız xanım məcburi köçkün statusunu saxlayır".
AzNews.az