- Köhnə - Hadisə
- 11 Aprel 2013 11:18
- 3 146
FHN-dən batan qayıqla bağlı açıqlama
Fövqəladə Hallar Nazirliyi Masallı rayonu, Qızılağac kəndi ərazisində batan qayıqla bağlı məlumat yayıb.
Aprelin 11-nə keçən gecə 2 nəfər qayıqla dənizə çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib.
Qayıqda olan 1979-cü il təvəllüdlü Niyaməddin Mirzəxan oğlu Ağayev üzərək sahilə çıxıb, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyev itkin düşüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən E.Allahverdiyevin axtarışları aparılır. Əlavə məlumat veriləcək.
***
12:17
Masallı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Təzəkənd kənd sakinləri 32 yaşlı Elsevər Allahverdiyev və 34 yaşlı Niyaməddin Ağayev qayıqla dənizə balıq ovuna çıxıblar. Lakin onların qayığı dənizdə batıb. N.Ağayev üzərək sahilə çıxa bilib. E.Allahverdiyev dənizdə boğulub.
Hazırda ölən şəxsin meyitinin tapılması istiqamətində iş aparılır.
Qeyd edək ki, hər iki şəxs Təzəkənd kənd sakinləridir.
AzNews.az