Bakıda avtovus qəzası – 55 yaşlı qadının qabırğaları sındı Bakıda avtovus qəzası – 55 yaşlı qadının qabırğaları sındı

Bakıda daha bir avtobus qəzası: 10 yaralı- Yenilənib

Bakıda avtovus qəzası – 55 yaşlı qadının qabırğaları sındı



Bu gün Bakının Bayıl qəsəbəsində 6 nəfərin xəsarət alması ilə nəticələnən iki sərnişin avtobusu toqquşub. 88 və 124 saylı xətt avtobuslarının toqquşması nəticəsində yaralanan şəxslər 1 saylı təcili tibbi yardım stansiyasına aparılıb. Bu barədə məlumat AzNews.az-a stansiyadan verilib.

Məlumatda bildirilir ki, qəza nəticəsində xəsarət alan 5 nəfər tibbi yardımdan sonra artıq evə buraxılıb. Vəziyyəti daha ağır olan 55 yaşlı Qədirova Səkinənin isə 3 qabırğası sındığından o, stansionara qəbul edilib.

Faktla bağlı araşdırma aparılır.

Azər
AzNews.az



***14:45

Bayılda baş verən qəzada yaralanmış şəxslərdən 7 nəfərin vəziyyəti ağırdır

Bakı. Fuad Cəfərov-APA. Bakıda iki sərnişin avtobusu toqquşub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az