Ana və uşağı yoxa çıxıb – UCARDA

Ucar rayonunda gənc qadın öz azyaşlı körpəsi ilə birgə itkin düşüb. AzNews.az xəbər verir ki, rayonun Heydər Əliyev prospekti 138, mənzil 27 ünvanında yaşayan 21 yaşlı Dürrə Neman qızı Əsgərova aprelin 18-də, günorta vaxtı 9 aylıq qızını da götürüb evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə Ucar rayon Polis Şöbəsinə qadının həyat yoldaşı Rahim İbrahim oğlu Əskərov məlumat verib. Rahim Əskərovun müraciəti əsasında Ucar rayon polis şöbəsinin təhqiqat qrupu araşdırmalara başlayıb və bu gündən qadın barəsində axtarış elan edilib.

Qeyd edək ki, Dürrə Əskərova həyat yoldaşı Rahim Əskərovla 2011 ci ildə ailə həyatı qurub və onların 9 aylıq körpələri var.

Ruhiyyə
Aznews.az