Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə aksiya keçirmək istəyənlərdən ikisi saxlanılıb. Müsavat Partiyası Cəbrayıl rayon təşkilatından verilən məlumata görə, təşkilat məmur özbaşınalıqlarına qarşı aksiya keçirmək üçün Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin bir müddət əvvəl sərsəm bəyanatı ilə gündəmdə olan İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bu günə təyin olunan aksiyanın keçirilməsinə icazə verməyib.
Bu gün səhər - aksiyanın başlanmasına 15 dəqiqə qalmış Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının fəalı Vahid Əhmədli və bitərəf Yaqub Ağayev saxlanılıblar. Onlar hazırda Cəbrayıl rayon Polis İdarəsindədirlər.//musavat.com//
AzNews.az