Əbədi məşəlin qarşısında Ermənistan bayrağı yandırıldı - FOTO

Azad Qarabağ Uğrunda Alyansın üzvləri Şuşanın iğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına dualar oxuyub, məzarlarına gül qoyublar.

APA-nın məlumatına görə, ziyarət Ermənistan bayrağını ayaqları altına atılaraq tapdanması ilə başlanıb. Daha sonra isə əbədi məşəlin qarşısında Ermənistan bayrağı yandırıblar. Əbədi məşəlin qarşısında qısa mitinq keçirilib, Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Firidun Məmmədov, Rövşən Əhmədli və digərləri çıxış ediblər. QAT sədri Akif Nağı bildirib ki, Ermənistan bayrağının yandırılması düşmənə nifrəti somvolizə edir: "Eməni faşistləri Şuşamızı, Qarabağımızın digər ərazilərini işğal edib, bu gün həmin əraziləri erməniləşdirməklə məşğuldur. Bu nifrətimiz heç vaxt sönməyəcək. Biz hakimiyyətdən müharibəni başlamasını tələb edirik. Biz hakimiyyətdən soruşuruq: Nə vaxta qədər işğala, rəzalətə dözəcəksiniz? Müharibəni niyə başlamırsınız?". Alyans üzvləri sonda Türk Şəhidliyi abidəsini də ziyarət ediblər.

AzNews.az