- Köhnə - Hadisə
- 16 May 2013 13:46
- 1 627
5-ci mərtəbədən yıxılıb sağ qaldı- Bakıda
Bakıda 5-ci mərtəbədən yıxılan qız sağ qalıb
Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 10 B ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 26 yaşlı Mələk Nizami qızı Salahova yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Suraxanı Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları gəlib. Hadisənin intihar olub-olmaması araşdırılır.
AzNews.az