Sabah Azərbaycanda isti və yağmursuz hava şəraiti hökm sürəcək Sabah Azərbaycanda isti və yağmursuz hava şəraiti hökm sürəcək

Sabah hava isti olacaq

Sabah Azərbaycanda isti və yağmursuz hava şəraiti hökm sürəcək



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənillir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Mayın 24-dən 26-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişlidir.

AzNews.az