İrandan gələn şəxsin əl yükündən süngü-bıçaq çıxdı

İrandan Azərbaycana gələn şəxsin əl yükündən süngü-bıçaq çıxıb.


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Pərviz Şabanovun əl yüklərinə "Heyman Sistem" rentgen aparatında baxış keçirilib.

Bu zaman həmin vətəndaşın çamadanından gömrük nəzarəti zamanı bəyan etmədiyi, təqribi uzunluğu 30 sm olan və "Kalaşnikov" konstruksiyalı avtomat silahın komplekt hissəsinə aid - bir tərəfi kəsici, ucu batıcı xassəyə malik süngü-bıçaq aşkar olunub.

AzNews.az