- Köhnə - Hadisə
- 24 May 2013 18:07
- 4 234
Ani alışmadan yanğın baş verdi, 2 nəfər öldü
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində qaz sayğacı quraşdırılan zaman ani alışmadan yanğın baş verib. Nəticədə 9 ədəd qaz, 11 ədəd elektrik sayğacı, 15 p.m elektrik və antena kabellərinin üzlüyü yanıb.
Yanğın zamanı 2 nəfər xəsarət alıb, 26 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzNews.az