Hərbçilər Bakının mərkəzində qəzaya düşdülər

AzNews.az saytı xəbər verir ki, bugün axşam saatlarında Bakı Dəniz Vağzalının qarşısında dəhşətli avtomobil qəzası qeydə alınıb. "Mercedes G 55" markalı avtomobil içərisində hərbçilər olan 10 PJ 353 dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub.

Hadisə nəticəsində maşınların hər ikisinə ciddi ziyan dəyib. İlkin araşdırmalara görə, qəzaya səbəb "Mercedes G 55" markalı maşının yüksək sürətdə hərəkət etməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Azər
AzNews.az