Milli Məclis 4 qanunu ləğv edəcək

Sabah Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclası keçiriləcək.

Lent.az-ın verdiyi məlumata görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Bu məsələlərdən 7-si Gəncə, Naxçıvan, Şəki, Şirvan və bir sıra şəhər apelyasiya məhkəmələrinə hakimlərin təyin olunması ilə bağlıdır. Bunlarla yanaşı, ötən iclasda təxirə salınan "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanun layihəsi ikinci oxunuşda və Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq. Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsində "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "İmmiqrasiya haqqında", "Əmək miqrasiyası haqqında" və "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" qanunların sentyabrın 1-dən ləğvi nəzərdə tutulur.

AzNews.az