- Köhnə - Hadisə
- 25 İyul 2013 12:54
- 1 330
Apelyasiya Məhkəməsi N!DA-çını ev dustlaqlığına buraxmadı

"Media forum" saytının məlumatına görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi prosesdə şikayət təmin olunmayıb.
Vəkil Xalid Bağırov "Media forum"a bildirib ki, Zaur Qurbanlı prosesdə iştirakdan imtina etdiyi üçün apellyasiya şikayətinə onsuz baxılıb.
Zaur Qurbanlı aprelin 1-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb.
Zaur Qurbanlı talassemiya xəstəsidir. O, bronxial astma və böyrək xəstəliyindən də əziyyət çəkir.
AzNews.az