- Köhnə - Hadisə
- 26 İyul 2013 18:40
- 1 680
310 kq- a yaxın yararsız məhsul məhv edildi

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Səbail, Binəqədi, Nəsimi, Suraxanı, Xəzər rayonlarında, Mingəçevir şəhərində, Abşeron, Xızı, Samux, Bərdə, Goranboy, Füzuli, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 310 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satıldığı aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
AzNews.az