- Köhnə - Hadisə
- 3 Avqust 2013 11:50
- 2 313
Sərin hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Bakı və Abşeron yarımadasında temperatur gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
AzNews.az