Sürücülərə şad xəbər: Tbilisi prospektinin bir hissəsi açıldı

Tbilisi prospektinin tәmirә bağlanan әrazisinin bir hissәsindә işlәr başa çatıb. Lent.az APA TV-yə istinadən xəbər verir ki, dünən saat 21 radәlәrindә prospektin Hәsәn Әliyev küçәsi ilә kәsişmәsindәn Salamzadә küçәsinәdәk olan hissәsi açılıb. Artıq uzunluğu 150 metr olan hәmin hissәdә nәqliyyatın hәrәkәti bәrpa edilib. Salamzadә küçәsi ilә kәsişmәdәn 20 Yanvar metrostansiyasına qәdәr olan hissәdә isә işlәr davam edir. Hazırda Azәriqaz әmәkdaşları qaz kәmәrlәrini yenilәyirlәr. Onlar işlәri başa çatfırdıqdan sonra asfalt-beton örtüyünün çәkilmәsinә başlanılacaq. Tәmir işlәrinin yaxın 10 günәrzindә başa çatması gözlәnilir.

AzNews.az