Azərbaycanlı müdirin bankı qarət edildi

Bu gün səhər saatlarında "Privat Bank"ın Marneuli şöbəsi silahlı maskalılar tərəfindən qarət edilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, faktı bankın müdiri İsfəndiyar Məmmədov da təsdiq edib. Onun sözlərinə görə, hazırda hadisə yerində kriminal polis araşdırma aparır.

O, APA-ya açıqlamasında polis tərəfindən dindirildiyini və az sonra qarətin təfərrüatları barədə məlumat verəcəyini bildirib.